AZ

Kompüterində dinləmə cihazı tapılan həkimin işlədiyi institutdan hadisəyə REAKSİYAVİDEO

Bakıda həkimin kompüterindən dinləmə cihazı tapılıb. Bu iddianı irəli sürən həkim cihazın görüntülərini də "Xəzər Xəbər"ə təqdim edib.

Xezerxeber.az-ın Həkim-radioloq Ramil Abdullayevin iddialarına görə, hadisə onun çalışdığı yerdə, Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda baş verib.

Ramil Abdullayev iddia edir ki, Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru Mətanət Əfəndiyeva onu yanına çağıraraq bildirib ki, icbari tibbi sığortadan aldığı bonusların yarısını ona versin. Bu tələbdən sonra aralarında problem yaranıb.

2019-cu ildən burada çalışdığını deyən Ramil Abdullayev bildirib ki, dekabrın 24-də İnsitutuda intizam komissiyasının iclası keçirilib. İclasdan sonra isə kabinetinin qarşısında döyülüb.

Radioloqun iddialarına aydınlıq gətirmək üçün İnstitutun direktoru Mətanət Əfəndiyeva ilə əlaqə saxladıq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Seçilən
16
1
xezerxeber.az

2Mənbələr