İsveç Xarici işlər naziri (XİN) Maria Malmer Stenerqard bildirib ki, ABŞ-ın Qrenlandiya ilə bağlı təhdidləri çox ciddidir və diqqətli yanaşma tələb edir.
“İki sahil” xəbər verir ki, o bu barədə "Sveriges radio"ya müsahibəsində bildirib.
Daha əvvəl o, ABŞ-ın adanı nəzarət altına almaq istəyini bildirəndə sakitliyi qorumağı məsləhət görmüşdü, lakin onun sözlərinə görə, indi vəziyyət dəyişib.
"Görürük ki, onlar sürətlə hərəkət etməyə hazırdırlar. Bunu Venesuelada gördük. Bu o deməkdir ki, onların sözlərinə ciddi yanaşmaq və nəticənin bizim maraqlarımıza uyğun olması üçün hərəkət etmək lazımdır", - nazir vurğulayıb.
Nazir İsveç və regionun milli maraqlarını qorumaq üçün diqqətli təhlil və strateji fəaliyyətlərin zəruriliyini vurğulayıb.
M.Stenerqard həmçinin qeyd edib ki, ABŞ-ın Qrenlandiya ilə bağlı tələbləri NATO çərçivəsində əməkdaşlığı gərginləşdirir.
"Müdafiə alyansında bu, belə açıq səslənməməlidir", - o deyib.