AZ

İsveç XİN rəhbəri: ABŞ-ın Qrenlandiya ilə bağlı tələbləri NATO çərçivəsində əməkdaşlığı gərginləşdirir

İsveç Xarici işlər naziri (XİN) Maria Malmer Stenerqard bildirib ki, ABŞ-ın Qrenlandiya ilə bağlı təhdidləri çox ciddidir və diqqətli yanaşma tələb edir.

“İki sahil” xəbər verir ki, o bu barədə "Sveriges radio"ya müsahibəsində bildirib.

Daha əvvəl o, ABŞ-ın adanı nəzarət altına almaq istəyini bildirəndə sakitliyi qorumağı məsləhət görmüşdü, lakin onun sözlərinə görə, indi vəziyyət dəyişib.

"Görürük ki, onlar sürətlə hərəkət etməyə hazırdırlar. Bunu Venesuelada gördük. Bu o deməkdir ki, onların sözlərinə ciddi yanaşmaq və nəticənin bizim maraqlarımıza uyğun olması üçün hərəkət etmək lazımdır", - nazir vurğulayıb.

Nazir İsveç və regionun milli maraqlarını qorumaq üçün diqqətli təhlil və strateji fəaliyyətlərin zəruriliyini vurğulayıb.

M.Stenerqard həmçinin qeyd edib ki, ABŞ-ın Qrenlandiya ilə bağlı tələbləri NATO çərçivəsində əməkdaşlığı gərginləşdirir.

"Müdafiə alyansında bu, belə açıq səslənməməlidir", - o deyib.

Seçilən
31
ikisahil.az

1Mənbələr