Türkiyənin "Fənərbaxça” klubu qapıçısı İrfan Can Eyribayatı icarəyə verib.
Fanat.Az-ın məlumatına görə, qolkiper mövsümün sonunadək “Samsunspor”da çıxış edəcək.
İnformasiyanı Samsun təmsilçisinin mətbuat xidməti yayıb.
Super Liqa klubu mövsümün sonunda 1,2 milyon avro ödəməklə qapıçının transfer hüquqlarına yiyələnə bilər.
Qeyd edək ki, 27 yaşlı qapıçı bu mövsüm "Fənərbağça"da 6 oyuna çıxıb və 7 qola üzülüb.