AZ

"Fənərbaxça" qapıçısını icarəyə göndərdi

style='margin-bottom:10px;'>

“Fənərbaxça” qapıçısı İrfan Can Eyribayatı icarəyə verib.

QOL.az xəbər verir ki, qolkiper mövsümün sonuna kimi “Samsunspor”da çıxış edəcək. Bu barədə Samsun təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Superliqa klubu mövsümün sonunda 1.2 milyon avro ödəməklə qapıçının transfer hüquqlarını ala bilər.

Qeyd edək ki, 27 yaşlı qapıçı bu mövsüm "Fənərbaxça"da 6 oyuna çıxıb və 7 qol buraxıb.

Seçilən
93
1
teleqraf.com

7Mənbələr