525.az saytından alınan məlumata görə, ain.az bildirir.
Naxçıvan Muxtar Respublikasının dağlıq ərazilərinə qar yağır.
525.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, dünən gecə saatlarında Parağaçay Qar Uçqunu Stansiyası ərazisində qar yağması qeydə alınıb, nəticədə təzə qarın hündürlüyü 3 santimetr təşkil edib. Hazırda həmin ərazidə yağıntı davam edir.
Kükü kəndində yeni yağan qarın hündürlüyü 8, ümumi qar örtüyünün qalınlığı isə 25 santimetrə çatıb. Biçənək kəndində səhər saatlarından zəif qar yağmağa başlayıb. Təzə yağan qarın hündürlüyü 2, ümumi qar örtüyünün qalınlığı isə 37 santimetr təşkil edir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.