Naxçıvan Muxtar Respublikasının dağlıq ərazilərinə qar yağır.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, dünən gecə saatlarında Parağaçay Qar Uçqunu Stansiyası ərazisində qar yağması qeydə alınıb, nəticədə təzə qarın hündürlüyü 3 santimetr təşkil edib. Hazırda həmin ərazidə yağıntı davam edir.
Kükü kəndində yeni yağan qarın hündürlüyü 8, ümumi qar örtüyünün qalınlığı isə 25 santimetrə çatıb. Biçənək kəndində səhər saatlarından zəif qar yağmağa başlayıb. Təzə yağan qarın hündürlüyü 2, ümumi qar örtüyünün qalınlığı isə 37 santimetr təşkil edir.
ZÜMRÜD