Naxçıvanın Biçənək kəndində qar örtüyünün hündürlüyü 37 sm-ə çatıb.
Bu barədə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.
Belə ki, Biçənək kəndində səhər saatlarında zəif qar yağışı yenidən başlayıb. Təzə yağan qarın hündürlüyü 2 sm, ümumi qar örtüyünün qalınlığı isə 37 sm təşkil edir.
Həmçinin gecə saatlarından Parağaçay Qar Uçqunu Stansiyasına qar yağır, qarın hündürlüyü 3 sm təşkil edir.
Qeyd olunub ki, Kükü kəndinə qar yağması dayanıb. Burada təzə qarın hündürlüyü 8 sm, ümumi qar örtüyünün qalınlığı isə 25 sm-ə çatıb.”Report”