AZ

Naxçıvanda qarın hündürlüyü 37 sm-ə çatdı

Naxçıvanın Biçənək kəndində qar örtüyünün hündürlüyü 37 sm-ə çatıb.

Bu barədə KONKRET.az-a Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Belə ki, Biçənək kəndində səhər saat zəif qar yağışı yenidən başlayıb. Təzə yağan qarın hündürlüyü 2 sm, ümumi qar örtüyünün qalınlığı isə 37 sm təşkil edir.

Həmçinin gecə saatlarından Parağaçay Qar Uçqunu Stansiyasına qar yağır, qarın hündürlüyü 3 sm təşkil edir.

Qeyd olunub ki, Kükü kəndində qar yağışı dayanıb. Burada təzə qarın hündürlüyü 8 sm, ümumi qar örtüyünün qalınlığı isə 25 sm-ə çatıb.

Seçilən
61
10
konkret.az

10Mənbələr