Pəhləvilər İranın tarixi sahibi yox, onun üzərinə sonradan gətirilmiş ideoloji konstruksiyadır.
İranın gələcək taleyi türk, azərbaycanlı kimliyi, gerçəkliyindən birbaşa asılıdır.
Son günlər beynəlxalq mediada dolaşan xəbərlər – guya Rza Pəhləvinin oğlu ilə Donald Trump arasında İranla bağlı mümkün görüş ehtimalları – ciddi bir sualı yenidən gündəmə gətirir: İran kimin ölkəsidir və onun gələcəyi kimlə müzakirə olunmalıdır?
Bu sualın cavabı nə romantik nostalgiyada, nə də süni “vahid İran milləti” mifində gizlidir. Cavab tarixdə, demoqrafiyada və siyasi reallıqdadır.
İranın tarixinə qısa ekskursiya edək:
Türk dövlətçiliyi xətti
İran adlanan coğrafiyanın son min ili faktiki olaraq Türk dövlətləri tərəfindən idarə olunub.
Səlcuqlar, Atabəylər, və Qəznəvilər kimi Türk sülalələrin varlığı isə coğrafiyanı ümumiyyətlə Türk-
İslam mədəniyyətinin mərkəzinə çevirmişdilər. Son 600 il idə:
Səfəvilər – şiə (Qızııbaş) İranını quran Türk dövləti idi.
Əfşarlar – Nadir şahın imperiyası Türk siyasi ağlının zirvələrindən biri idi.
Qacarlar – İranı rəsmi olaraq Türk dili və Türk saray ənənəsi ilə idarə edən sülalə idi.
Bu ardıcıllıq təsadüf deyil. İran Türk siyasi məkani olub.
Pəhləvilər – tarixi qırılma və zorakı farslaşdırma
1925-ci ildə hakimiyyətə gətirilən Pəhləvilər İran tarixində ilk dəfə Türk dövlətçilik xəttini qıran, Qərb dəstəkli, süni fars millətçiliyi üzərində qurulan bir rejim idi.
Onların hakimiyyəti məhz.
Türk dilini yasaqladı;
Türk kimliyini inkar etdi;
İran tarixini saxtalaşdıraraq fars mərkəzli mifologiya yaratdı.
Bu baxımdan Pəhləvilər İranın tarixi sahibi yox, onun üzərinə sonradan gətirilmiş ideoloji konstruksiyadır.
Bu gün İran əhalisinin ən böyük və ən dinamik hissəsi Azərbaycan Türkləridir.
Azərbaycan Türklərinin əsasən yaşadığıTəbriz, Urmiya, Ərdəbil, Zəncan, Qəzvin, Kərəc, Savə, Şiraz, Xorasan, Həmədan, Ərak, Əlborz(Elbrus), Astara, Gulan– bunlar İranın periferiyası yox, ürəyidir.
İran iqtisadiyyatı, bazar sistemi, sənayesi və siyasi tarixinin əsas yükünü məhz Azərbaycan Türkləri daşıyıblar.
Bu faktı görmədən İran haqqında danışmaq siyasi korluqdur.
Trump kimlə danışmalıdır?
Əgər Donald Trump və ya ABŞ administrasiyası İranın gələcəyi ilə bağlı real, davamlı və legitim bir həll axtarırsa, bu məsələni:
tarixi legitimliyi olmayan Pəhləvi varisləri ilə, cəmiyyətin böyük hissəsini təmsil etməyən fars mühacirləri ilə yox,Türk dünyası ilə, Azərbaycan faktoru ilə, real güc mərkəzləri ilə müzakirə etməlidir.
Bu ancaq Güney Azərbaycanı dərindən tanıyan, müxtəlif tribunalarda dəstəkləyən,anlayan, Türk kimliyini daşıyan, regional legitimliyə sahib olan yeganə və rasional tərəfdaşla mümkündür.
İran məsələsini Türkiyəsiz, Azərbaycansız, Türk faktorunu kənara qoyaraq həll etməyə çalışan hər plan ya yarımçıq qalacaq, ya da yeni böhran yaradacaq.
Qısa olaraq deyim ki, İranın gələcəyi: Pəhləvi nostalgiyası ilə, fars mərkəzli ideoloji konstruksiyalarla,
xalqın demoqrafik və tarixi reallığını inkar edən ssenarilərlə qurula bilməz.
İranın gələcəyi Türk gerçəkliyi üzərində qurulmalıdır.
Və bu gerçəkliyi kənara qoyaraq aparılan hər görüş, hər plan, hər “alternativ” sadəcə kağız üzərində qalacaq.
Sayman Aruz
Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, yazıçı, tədqiqatçı