AZ

"Tramp İranın gələcəyini Azərbaycan türkləri ilə müzakirə etməlidir"

"İran məsələsi Pəhləvilərlə deyil, türklərlə müzakirə olunmalıdır. Bu gün İran əhalisinin ən böyük və ən dinamik hissəsi Azərbaycan türkləridir.

Azərbaycan türklərinin əsasən yaşadığı Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Qəzvin, Kərəc, Savə, Şiraz, Xorasan, Həmədan, Ərak, Əlborz(Elbrus), Astara, Gulan -bunlar İranın periferiyası yox, ürəyidir. İran iqtisadiyyatı, bazar sistemi, sənayesi və siyasi tarixinin əsas yükünü məhz Azərbaycan türkləri daşıyıblar".

Bu sözləri Musavat.com-a açıqlamasında güneyli yazar Sayman Aruz deyib. Onun sözlərinə görə Azərbaycan türkləri ilə bağlı faktı görmədən İran haqqında danışmaq siyasi korluqdur:

"İran adlanan coğrafiyanın son min ili faktiki olaraq Türk dövlətləri tərəfindən idarə olunub. Səlcuqlar, Atabəylər, və Qəznəvilər kimi Türk sülalələrin varlığı isə coğrafiyanı ümumiyyətlə, Türk-İslam mədəniyyətinin mərkəzinə çevirmişdilər.

Səfəvilər – şiə (Qızııbaş) İranını quran Türk dövləti idi.

Əfşarlar – Nadir şahın imperiyası Türk siyasi ağlının zirvələrindən biri idi.

Qacarlar – İranı rəsmi olaraq Türk dili və Türk saray ənənəsi ilə idarə edən sülalə idi.

Bu ardıcıllıq təsadüf deyil. İran Türk siyasi məkanı olub. 1925-ci ildə hakimiyyətə gətirilən Pəhləvilər İran tarixində ilk dəfə Türk dövlətçilik xəttini qıran, Qərb dəstəkli, süni fars millətçiliyi üzərində qurulan bir rejim yaratdılar.

Onların hakimiyyəti Türk dilini yasaqladı, Türk kimliyini inkar etdi,

İran tarixini saxtalaşdıraraq fars mərkəzli mifologiya yaratdı.

Bu baxımdan Pəhləvilər İranın tarixi sahibi yox, onun üzərinə sonradan gətirilmiş ideoloji konstruksiyadır.

Bu gün İran əhalisinin ən böyük və ən dinamik hissəsi Azərbaycan türkləridir.

Əgər Donald Tramp və ya ABŞ administrasiyası İranın gələcəyi ilə bağlı real, davamlı və legitim bir həll axtarırsa, bu məsələni tarixi legitimliyi olmayan Pəhləvi varisləri ilə, cəmiyyətin böyük hissəsini təmsil etməyən fars mühacirləri ilə deyil, Türk dünyası ilə, Azərbaycan faktoru ilə, real güc mərkəzləri ilə müzakirə etməlidir.

İran məsələsini Türkiyəsiz, Azərbaycansız, Türk faktorunu kənara qoyaraq həll etməyə çalışan hər plan ya yarımçıq qalacaq, ya da yeni böhran yaradacaq. İranın gələcəyi Pəhləvi nostalgiyası ilə, fars mərkəzli ideoloji konstruksiyalarla, xalqın demoqrafik və tarixi reallığını inkar edən ssenarilərlə qurula bilməz. İranın gələcəyi Türk gerçəkliyi üzərində qurulmalıdır.

Və bu gerçəkliyi kənara qoyaraq aparılan hər görüş, hər plan, hər “alternativ” sadəcə kağız üzərində qalacaq".

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ilə Rza Pəhləvi arasında görüşün baş tuta biləcəyi ilə bağlı məlumatlar yayılmışdı. Lakin Tramp son müsahibəsində Rza Pəhləvi ilə mümkün görüşü barədə suala bu cür cavab verib:

“Mən onu görmüşəm və o, yaxşı insan kimi görünür. Ancaq onun hazırkı mərhələdə rəhbərlik üçün doğru şəxs olduğunu düşünmürəm”.

Seçilən
57
3
turkustan.az

4Mənbələr