Almaniya futbol çempionatının 16-cı turunda "Verder" və "Hoffenheim" arasında keçirilməli olan oyun qar yağması səbəbindən ləğv edilib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə "Verder"in mətbuat xidməti məlumat verib.
Oyun 10 yanvarda Bremendə keçirilməli idi. Yeni tarix daha sonra açıqlanacaq.
Bu matç Almaniya çempionatının 16-cı turundan hava şəraiti səbəbindən ləğv edilən ikinci matç idi. Daha əvvəl, 10 yanvarda keçirilməsi planlaşdırılan Sankt-Pauli-Leypsiq matçı da oxşar səbəbdən ləğv edilmişdi.
Qeyd edək ki, "Hoffenhaym" Bundesliqanın turnir cədvəlində 27 xalla beşinci, "Verder Bremen" isə 17 xalla 10-cu yerdədir.
Cavid