AZ

Qar səbəbindən futbol qarşılaşması ləğv edilib

Newscenter.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Almaniya futbol çempionatının 16-cı turunda "Verder" və "Hoffenheim" arasında keçirilməli olan oyun qar yağması səbəbindən ləğv edilib. Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə "Verder"in mətbuat xidməti məlumat verib.Oyun 10 yanvarda Bremendə keçirilməli idi. Yeni tarix daha sonra açıqlanacaq.Bu matç Almaniya çempionatının 16-cı turundan hava şəraiti səbəbindən ləğv edilən ikinci matç idi. Daha əvvəl, 10 yanvarda keçirilməsi planlaşdırılan Sankt-Pauli-Leypsiq matçı da oxşar səbəbdən ləğv edilmişdi.Qeyd edək ki, "Hoffenhaym" Bundesliqanın turnir cədvəlində 27 xalla beşinci, "Verder Bremen" isə 17 xalla 10-cu yerdədir.Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
1
newscenter.az

2Mənbələr