Vəfatının 92-ci ildönümü münasibətilə mərhum Azərbaycan şairi Mikayıl Müşfiqin xatirəsinə süni intellektlə klip hazırlanıb.
Ölkə.Az xəbər verir ki, klipi süni intellektlə məzmunlar yaradan Ülvi Səid hazırlayıb.
Klipdə Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeirini rep üslubunda ifa etməsi təsvir olunub.
Qeyd edək ki, M.Müşfiq Stalin repressiyalarının qurbanı olub və 1938-ci il yanvarın 6-da Nargin adasında güllələnib. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən ölümündən sonra bəraət alıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mikayıl Müşfiq Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.
Billurə