AZ

Mikayıl Müşfiq rep "oxudu" - VİDEO

Vəfatının 92-ci ildönümü münasibətilə mərhum Azərbaycan şairi Mikayıl Müşfiqin xatirəsinə süni intellektlə klip hazırlanıb.

Ölkə.Az xəbər verir ki, klipi süni intellektlə məzmunlar yaradan Ülvi Səid hazırlayıb.

Klipdə Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeirini rep üslubunda ifa etməsi təsvir olunub.

Qeyd edək ki, M.Müşfiq Stalin repressiyalarının qurbanı olub və 1938-ci il yanvarın 6-da Nargin adasında güllələnib. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən ölümündən sonra bəraət alıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mikayıl Müşfiq Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

Billurə

Seçilən
73
1
olke.az

2Mənbələr