AZ

Ermənistan Azərbaycana hansı məhsulları ixrac edəcək?

İrəvan və Bakı Ermənistandan Azərbaycana alüminium folqa, alüminium folqa xammalı, ferromolibden, ev heyvanları, brendi xammalı, siqaret və tekstil məhsullarının ixracı imkanları ilə bağlı danışıqlar aparırlar. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Respublikasının iqtisadiyyat naziri Gevorq Papoyan açıqlayıb. 

Onun sözlərinə görə, müəyyən məhsulların idxalına maraq göstərən Azərbaycan şirkətləri də var: "Azərbaycan tərəfi maraqlandıqları müəyyən məhsulların siyahısını təqdim edib, ixrac edə biləcəyimiz miqdarı göndərmişik. Siyahımıza həmçinin güllər, istixana məhsulları: pomidor, bibər daxildir. Təxmini qiymət təklif etmişik". 

İqtisadiyyat naziri hələlik ilk ixracın tarixlərini dəqiqləşdirməyib. Onun sözlərinə görə, bu, Ermənistan və Azərbaycan şirkətləri razılığa gəldikdə baş tutacaq.

Ağarza Elçinoğlu 

Seçilən
57
1
unikal.az

4Mənbələr