AZ

“Ermənistandan Azərbaycana bu məhsullar ixrac ediləcək” - Papoyan

“Yerevan və Bakı Ermənistandan Azərbaycana alüminium folqa, ferromolibden, ev heyvanları, siqaret və tekstil məhsullarının ixracı imkanları ilə bağlı danışıqlar aparırlar”.

Missiya.Az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan məlumat verib.

"Həmçinin, müəyyən məhsulların idxalına maraq göstərən Azərbaycan şirkətləri də var. Azərbaycan tərəfi maraqlandıqları müəyyən məhsulların siyahısını təqdim edib, ixrac edə biləcəyimiz miqdarı göndərmişik. Siyahımıza həmçinin güllər, pomidor və bibər daxildir. Təxmini qiymət də təklif etmişik", - deyə siyasətçi vurğulayıb.

Papoyan hələlik ilk ixracın tarixlərini dəqiqləşdirməyib.

Onun sözlərinə görə, bu, Ermənistan və Azərbaycan şirkətləri razılığa gəldikdə baş tutacaq.

Daşqın HəsənovMissiya.Az

Seçilən
43
1
missiya.az

4Mənbələr