09 yanvar 2026-cı il tarixində Azərbaycan RespublikasıAudiovizual Şurasının cari il üçün ilk iclası keçirilmişdir.İclasda müxtəlif məsələlər müzakirə olunmuşdur.
İlk olaraq "Azercell Telekom" MMC-nin audiovizual mediafəaliyyəti üçün lisenziyaların verilməsi ilə bağlı müraciətinəbaxılmışdır. Təqdim olunmuş sənədlərin və iqtisadi əsaslandırmanınyoxlanılması, habelə yerində keçirilmiş baxışın nəticələri əsasındaAudiovizual Şura xidmət adı "Kinon" olmaqla "Azercell Telekom"MMC-yə universal platforma operatoru və sifarişli yayım xidmətiprovayderi lisenziyalarının verilməsi haqqında müvafiq qərarlarqəbul etmişdir.
Bundan sonra, iclasda "Neftçi TV" kanalının fəaliyyəti müzakirəolunmuşdur. Qeyd olunmuşdur ki, aldığı peyk yayımı həyatakeçirməyən platforma yayımçısı lisenziyasına uyğun olaraq son 1 ilərzində birbaşa internet üzərindən davamlı yayım apara bilməyən"Neftçi TV" kanalı ilə bağlı Audiovizual Şura tərəfindən "NeftçiMedia" MMC-yə bir neçə dəfə bildiriş verilmiş, xəbərdarlıqolunmuşdur. Nəticədə "Neftçi Media" MMC yayım apara bilmədiyi üçünlisenziyanın ləğvi məqsədilə Audiovizual Şuraya müraciət etmişdir.Lisenziya sahibinin müraciətini nəzərə alaraq Audiovizual Şura"Neftçi TV" kanalı üçün "Neftçi Media" MMC-yə verdiyi peyk yayımıhəyata keçirməyən platforma yayımçısı lisenziyasını ləğvetmişdir.
İclasda, daha sonra, keçən ilin sonlarında bir sıra televiziyavə radio kanallarında baş vermiş reklam qanunvericiliyininpozulması halları nəzərdən keçirilmişdir. Audiovizual Şuranınmütəxəssislərinin apardıqları araşdırmalar, müvafiq orqanlaragöndərilən sorğulara cavablar nəticəsində pozuntular təsbit olunmuşvə Şura üzvlərinin yekdilliklə qəbul etdikləri qərarlara əsasənhəmin yayımçılara 3 saatlıq yayımın dayandırılması sanksiyasıtətbiq olunmuşdur:
- 14 noyabr 2025-ci il tarixdə "Dünya TV" kanalında yayımlanan"Alo doktor" proqramı zamanı reklam materialında bəzi müalicəüsullarının peşəkar səviyyədə yalnız reklam olunan tibbmüəssisəsində mövcudluğu barədə yanlış məlumatlar təqdim olunaraqhaqsız reklama yol verilmiş və "Reklam haqqında" Qanunun 6-cımaddəsinin tələbləri pozulmuşdur. Audiovizual Şuranın qərarı ilə 15yanvar 2026-cı il tarixdə saat 21.00-dan saat 24.00-dək "Dünya TV"televiziya kanalının yayımı 3 saatlıq dayandırılacaqdır.
- 27 noyabr 2025-ci il tarixdə "MTV" kanalında yayımlanan "Çıxışyolu" proqramı zamanı reklam materialında bütün xəstəliklərin təbiiüsulla müalicəsinin yalnız reklam olunan tibb müəssisəsində mümkünolması haqqında yanlış məlumatlar təqdim olunaraq haqsız reklamayol verilmiş və "Reklam haqqında" Qanunun 6-cı maddəsinin tələbləripozulmuşdur. Audiovizual Şuranın qərarı ilə 15 yanvar 2026-cı iltarixdə saat 15.00-dan saat 18.00-dək "MTV" televiziya kanalınınyayımı 3 saatlıq dayandırılacaqdır.
- 3 dekabr 2025-ci il tarixdə, "Space FM" radio kanalınınefirində yayımlanan "Radio diaqnoz" proqramında həkimə aid reklamzamanı həmin həkimin №1 olması haqqında yanlış məlumatlar təqdimolunaraq haqsız reklama yol verilmiş və "Reklam haqqında" Qanunun6-cı maddəsinin tələbləri pozulmuşdur. Audiovizual Şuranın qərarıilə 15 yanvar 2026-cı il tarixdə saat 18.00-dan saat 21.00-dək"Space FM" radio kanalının yayımı 3 saatlıq dayandırılacaqdır.
İclasda, ən son, keçən ilin 25 dekabr tarixində "Space TV"kanalında yayımlanan "Gəl, danış" proqramında aparıcının çıxışımüzakirə olunmuşdur. Şura üzvlərinin ümumi fikrinə əsasən yayımzamanı aparıcı tərəfindən mənşə ayrı-seçkiliyi təbliğ olunmuş və"Media haqqında" Qanunun 14.1.4-cü maddəsinin tələbləripozulmuşdur. "Space TV" kanalına bu istiqamətdə (ayrı-seçkiliyintəbliği hallarına yol verilməsi) keçən il ərzində xəbərdarlıq elanolunduğu nəzərə alınaraq Audiovizual Şura bu dəfə "Space TV"televiziya kanalının yayımının 14 yanvar 2026-cı il tarixdə saat12:00-dan saat 15:00-dək 3 saatlıq dayandırılması barədə qərarvermişdir.