AZ

Audiovizual Şura üç televiziya və bir radionun yayımını müvəqqəti dayandıracaq

"Dünya TV", "MTV", "Space TV" və "Space FM"in yayımı müvəqqəti dayandırılacaq.

Aznews.az xəbər verir ki, bu barədə Audiovizual Şuranın 2026-cı il yanvarın 9-da keçirilmiş ilk iclasında qərar qəbul olunub.

Bildirilib ki, iclasda keçən ilin sonlarında bir sıra televiziya və radio kanallarında baş vermiş reklam qanunvericiliyinin pozulması halları nəzərdən keçirilib. Audiovizual Şuranın mütəxəssislərinin apardıqları araşdırmalar, müvafiq orqanlara göndərilən sorğulara cavablar nəticəsində pozuntular təsbit olunub və Şura üzvlərinin yekdilliklə qəbul etdikləri qərarlara əsasən həmin yayımçılara üçsaatlıq yayımın dayandırılması sanksiyası tətbiq olunub.

Belə ki, 2025-ci il noyabrın 14-də "Dünya TV"də yayımlanan "Alo doktor" proqramı zamanı reklam materialında bəzi müalicə üsullarının peşəkar səviyyədə yalnız reklam olunan tibb müəssisəsində mövcudluğu barədə yanlış məlumatlar təqdim olunaraq haqsız reklama yol verilib və "Reklam haqqında" qanunun 6-cı maddəsinin tələbləri pozulub.

Həmçinin, ötən il noyabrın 27-də "MTV" kanalında yayımlanan "Çıxış yolu" proqramı zamanı reklam materialında bütün xəstəliklərin təbii üsulla müalicəsinin yalnız reklam olunan tibb müəssisəsində mümkün olması haqqında yanlış məlumatlar təqdim olunaraq haqsız reklama yol verilib və "Reklam haqqında" qanunun 6-cı maddəsinin tələbləri pozulub.

Eyni zamanda, 2025-ci il dekabrın 3-də "Space FM" radio kanalının efirində yayımlanan "Radio diaqnoz" proqramında həkimə aid reklam zamanı onun nömrə bir olması haqqında yanlış məlumatlar təqdim olunaraq haqsız reklama yol verilib və "Reklam haqqında" qanunun 6-cı maddəsinin tələbləri pozulub.

Seçilən
91
31
aznews.az

10Mənbələr