AZ

Azərbaycan Ermənistana daha 7600 ton neft məhsulu yola salıb

Azərbaycandan gözlənilən yeni neft məhsullarının daşınması fonunda Ermənistanda benzin qiymətlərinin düşməsi gözlənilir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu ölkənin iqtisadiyyat naziri Gevork Papoyan bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana 6580 ton taxıl (1000 ton Qazaxıstandan, 5580 ton Rusiyadan), eləcə də 1210 ton Azərbaycan benzini daşınıb.

Nazir deyib ki, 8 yanvar 2026-cı il tarixinə olan məlumata görə, Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana 8485 ton Rusiya taxılı gətirilib, daha 4103 ton taxıl isə hazırda yoldadır.

Papoyan bildirib ki, Azərbaycandan idaxl olunan 7600 ton neft məhsulları da yoldadır: 6100 ton benzin və 1500 ton dizel yanacağı.

Nazir qeyd edib ki, benzin və dizel yanacağının qiymətlərinin əvvəlki aya nisbətən 1 litr üçün 80 drama qədər azalması gözlənilir.

Gevorq Papoyan vurğulayıb ki, bu inkişaf nəzərə alınmaqla, neft məhsullarının satışı ilə məşğul olan digər şirkətlər də qiymətləri aşağı salmaq üçün çalışırlar.

Əvvəllər Azərbaycanın Ermənistana ikinci və daha böyük neft məhsulu partiyası göndərəcəyi açıqlanmışdı.

Seçilən
81
2
modern.az

10Mənbələr