“Lənkəran” basketbolçusu ilə vidalaşıb.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, cənub təmsilçisi Qabon millisinin üzvü Entoni Tseqakele ilə yolları ayırıb.
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
26 yaşlı basketbolçu karyerasını İspaniyada davam etdirmək qərarına gəlib. O, bu ölkənin aşağı divizionunda mübarizə aparan “Xixon” klubunun şərəfini qoruyacaq.
Tseqakele cari mövsümün əvvəlində Kanadanın “Saskatçevan Reytls” klubundan “Lənkəran”a keçmişdi.
“Abşeron Lions” ABŞ-li oyunçu ilə yollarını ayırıb
“Sərhədçi”dən yeni transfer
Türkiyə derbisi: Azarkeşlər zaldan çıxarıldı
Millimizin üzvü əməliyyat olunub
Azərbaycan Kubokunun püşkatma mərasimi baş tutub