AZ

“Lənkəran” oyunçusu ilə yollarını ayırıb

“Lənkəran” basketbolçusu ilə vidalaşıb.

Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, cənub təmsilçisi Qabon millisinin üzvü Entoni Tseqakele ilə yolları ayırıb.

Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

26 yaşlı basketbolçu karyerasını İspaniyada davam etdirmək qərarına gəlib. O, bu ölkənin aşağı divizionunda mübarizə aparan “Xixon” klubunun şərəfini qoruyacaq.

Tseqakele cari mövsümün əvvəlində Kanadanın “Saskatçevan Reytls” klubundan “Lənkəran”a keçmişdi.

“Abşeron Lions” ABŞ-li oyunçu ilə yollarını ayırıb

“Sərhədçi”dən yeni transfer

Türkiyə derbisi: Azarkeşlər zaldan çıxarıldı

Millimizin üzvü əməliyyat olunub

Azərbaycan Kubokunun püşkatma mərasimi baş tutub

Seçilən
91
1
apasport.az

2Mənbələr