AZ

ING 2028-ci ilə qədər Azərbaycanda ÜDM üzrə proqnozlarını verib

Bakı. Trend:

Niderlandın bank qrupu ING Azərbaycan üzrə yaxın illər üçünümumi daxili məhsulun (ÜDM) artımına dair proqnozunu açıqlayıb.

Trend xəbər verirki, sənədə əsasən, 2026 və 2027-ci illərdə ölkə iqtisadiyyatınınmüvafiq olaraq 2,8 faiz və 2 faiz artacağı gözlənilir.

ING-nin məlumatına görə, 2025-ci ildə Azərbaycanın ÜDM artımı1,6 faiz təşkil edib.

Bank qrupunun qiymətləndirmələrinə əsasən, 2025-ci ilin dördüncürübündə Azərbaycanın ÜDM artımı 2,5 faiz olub.

Bununla yanaşı, 2026-cı ildə ÜDM-in birinci rübdə 4 faiz, ikincirübdə 2,5 faiz, üçüncü rübdə 3,5 faiz, dördüncü rübdə isə 1 faizartacağı proqnozlaşdırılır.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə,2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycanda 116 320,1 milyonmanat məbləğində ümumi daxili məhsul istehsal edilib ki, bu daəvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.

İqtisadiyyatın neft-qaz sektorunda yaradılmış əlavə dəyər 1,8faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 3,2 faiz artıb.

ÜDM-in 34 faizi sənayenin, 10,6 faizi ticarət və nəqliyyatvasitələrinin təmiri sahəsinin, 7,2 faizi nəqliyyat və anbartəsərrüfatının, 6,5 faizi tikintinin, 6,4 faizi kənd təsərrüfatı,meşə təsərrüfatı və balıqçılığın, 2,8 faizi turistlərinyerləşdirilməsi və ictimai iaşənin, 1,9 faizi informasiya vəkommunikasiya sektorunun, 21,1 faizi digər sahələrin payına düşüb.Məhsula və idxala düşən xalis vergilər ÜDM-in 9,5 faizini təşkiledib.

Adambaşına düşən ÜDM 11356,4 manat təşkil edib.

Məqalədə:
Seçilən
67
1
az.trend.az

2Mənbələr