AZ

İraq “Lukoil”un neft yatağını milliləşdirir

Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İraq Nazirlər Kabineti ABŞ-ın Rusiya şirkəti “Lukoil”a qarşı sanksiyaları ilə bağlı istehsalın dayanıqlığını təmin etmək məqsədilə şirkətə məxsus “Qərbi Kurna-2” neft yatağının milliləşdirilməsi planını təsdiqləyib.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin mənbələrinin sözlərinə görə, dövlət neft şirkəti “Basra Oil” bir il müddətinə neft yatağında əməliyyatları öz üzərinə götürəcək.

“Biz istehsalın fasiləsizliyini təmin etməyə çalışırıq, çünki İraq ABŞ sanksiyaları ilə bağlı qeyri-müəyyənliyi aradan qaldırmağa çalışır və 12 ay ərzində ‘Lukoil’un payını alacaq potensial alıcılar axtaracaq”, – Basra Oil-in nümayəndəsi bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
51
10
apa.az

10Mənbələr