AZ

İraq “Lukoil”un neft yatağını milliləşdirir

Bakivaxti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İraq Nazirlər Kabineti ABŞ-ın Rusiya şirkəti “Lukoil”a qarşı sanksiyaları fonunda neft hasilatının dayanıqlığını təmin etmək məqsədilə şirkətə məxsus “Qərbi Kurna-2” neft yatağının milliləşdirilməsi planını təsdiqləyib.Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.Agentliyin mənbələrinə görə, İraqın dövlət neft şirkəti “Basra Oil” bir il müddətinə yataqda əməliyyatların idarə olunmasını öz üzərinə götürəcək.“Biz istehsalın fasiləsizliyini təmin etməyə çalışırıq. İraq ABŞ sanksiyaları ilə bağlı qeyri-müəyyənliyi aradan qaldırmaq və 12 ay ərzində ‘Lukoil’un payını ala biləcək potensial alıcıları tapmaq niyyətindədir”, – deyə “Basra Oil”in nümayəndəsi bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
88
10
bakivaxti.az

10Mənbələr