AZ

Putin öz nümayəndəsini Parisə niyə göndərib? - ABŞ səfirliyində GİZLİ GÖRÜŞ

Kremlin Rusiya-Ukrayna müharibəsi ilə bağlı Vaşinqtonla aparılan danışıqlarda nümayəndəsi olan Kirill Dmitriyev 7 yanvar tarixində Parisdə olub.

Bizim.Media xəbər verir ki, bu barədə Fransanın Le Monde qəzeti məlumat yayıb.

Mənbə qeyd edir ki, Dmitriyev Faubourg-Saint-Honoré küçəsində görünüb.
 

Bununla yanaşı, Yelisey sarayı onun prezident sarayını ziyarət etməsi barədə məlumatı təkzib edib. Fransa prezidentinin administrasiyası vurğulayıb ki, Dmitriyev liderlərin – o cümlədən Ukrayna prezidenti Volodimir Zelenski, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşner – Parisdə 6 yanvarda keçirilən “qətiyyətli koalisiya” görüşündən sonra sarayda qəbul edilməyib.


Buna baxmayaraq, qəzet iddia edir ki, Parisdə olarkən Kirill Dmitriyev Yelisey sarayının yaxınlığındakı ABŞ səfirliyində qəbul edilib.

Bizim.Media

Seçilən
55
1
bizim.media

2Mənbələr