AZ

Putin öz nümayəndəsini Parisə niyə göndərib? ABŞ səfirliyində GİZLİ GÖRÜŞ

ain.az bildirir, Bizim media saytına əsaslanaraq.

Kremlin Rusiya-Ukrayna müharibəsi ilə bağlı Vaşinqtonla aparılan danışıqlarda nümayəndəsi olan Kirill Dmitriyev 7 yanvar tarixində Parisdə olub.Bizim.Media xəbər verir ki, bu barədə Fransanın Le Monde qəzeti məlumat yayıb.Mənbə qeyd edir ki, Dmitriyev Faubourg-Saint-Honoré küçəsində görünüb.

 

Bununla yanaşı, Yelisey sarayı onun prezident sarayını ziyarət etməsi barədə məlumatı təkzib edib. Fransa prezidentinin administrasiyası vurğulayıb ki, Dmitriyev liderlərin – o cümlədən Ukrayna prezidenti Volodimir Zelenski, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşner – Parisdə 6 yanvarda keçirilən “qətiyyətli koalisiya” görüşündən sonra sarayda qəbul edilməyib.

Buna baxmayaraq, qəzet iddia edir ki, Parisdə olarkən Kirill Dmitriyev Yelisey sarayının yaxınlığındakı ABŞ səfirliyində qəbul edilib.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
62
1
bizim.media

2Mənbələr