Xviça Kvaratsxeliya Gürcüstanda ilin ən yaxşı futbolçusu seçilib.
"Football-plus.az" xəbər verir ki, PSJ-nin 24 yaşlı yarımmüdafiəçisi jurnalistlər arasında keçirilən səsvermədə qalib gəlib.
O, 5-ci dəfə bu nominasiyanın qalibi olmaqla milli komandanın sabiq müdafiəçisi Kaxaber Kaladzenin rekordunu təkrarlayıb. Xviça 2025-ci ildə klubu ilə 6 titul qazanıb: Liqa 1, Fransa kuboku, Fransa Superkuboku, Çempionlar Liqası, Avropa Superkuboku və Qitələrarası Kubokun qalibi olub. Onun yığmamızın sabiq hücumçusu Badri Kvaratsxeliyanın oğlu olduğunu da qeyd edək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta