AZ

Kvaratsxeliya Kaladzenin rekordunu təkrarladı

Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xviça Kvaratsxeliya Gürcüstanda ilin ən yaxşı futbolçusu seçilib. "Football-plus.az" xəbər verir ki, PSJ-nin 24 yaşlı yarımmüdafiəçisi jurnalistlər arasında keçirilən səsvermədə qalib gəlib. O, 5-ci dəfə bu nominasiyanın qalibi olmaqla milli komandanın sabiq müdafiəçisi Kaxaber Kaladzenin rekordunu təkrarlayıb. Xviça 2025-ci ildə klubu ilə 6 titul qazanıb: Liqa 1, Fransa kuboku, Fransa Superkuboku, Çempionlar Liqası, Avropa Superkuboku və Qitələrarası Kubokun qalibi olub. Onun yığmamızın sabiq hücumçusu Badri Kvaratsxeliyanın oğlu olduğunu da qeyd edək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
1
icma.az

2Mənbələr