AZ

Aleyna Tilkinin narkotik testinin nəticəsi bilindi

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Bir neçə həftə əvvəl Türkiyədə saxlanılan müğənni Aleyna Tilkinin narkotik testinin cavabı bəlli olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.

Məşhur müğənninin marixuana istifadə etdiyi müəyyən edilib.

“18 dekabrda İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində aktrisa İrem Sak, sosial media fenomeni Danla Biliç, Mümine Senna Yıldız və müğənni Aleyna Tilki  saxlanılıb. Daha sonra onlar Məhkəmə Tibbi Ekspertizası İnstitutuna göndərilərək sərbəst buraxılıblar. Lakin Tilkinin test nəticəsi müsbət çıxıb”,  deyə bildirilib.

Günel Cəlil

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
52
14
globalinfo.az

10Mənbələr