AZ

Aleyna Tilkinin narkotik test nəticələri müsbət çıxıb

Türkiyədə narkotik istintaqı çərçivəsində saxlanılan müğənni Aleyna Tilkinin saç və qan nümunəsi üzrə test nəticələri pozitiv çıxıb.

Busaat.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd olunub ki, 25 yaşlı müğənninin marixuana istifadə etdiyi müəyyən edilib.

Xatırladaq ki, ötən il dekabrın 18-də Türkiyədə polisin keçirdiyi əməliyyat çərçivəsində müğənni Aleyna Tilki ilə yanaşı, bir sıra məşhurlar da saxlanılmışdı.

Seçilən
71
5
busaat.az

10Mənbələr