AZ

Bu şəxslər AYB-dən xaric ediləcək

Yanvarın 6-da Azərbaycan Yazıçılar Birliyinin Katibliyinin növbəti iclası keçirilib.

 

Bu barədə AYB-nin Mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.

 

Gündəlikdəki bir neçə məsələ ilə yanaşı, Birliyin üzvləri arasında illik üzvlük haqqını ödəməyənlərin siyahısı müzakirə olunub. Qaydalara əsasən, bir neçə il üzvlük haqqını ödəməyən şəxslər xəbərdarlıq edilmədən Birlikdən xaric edilməlidirlər. Lakin buna baxmayaraq, onlara dəfələrlə xəbərdarlıq edilib. Qərara alınıb ki, “Ədəbiyyat qəzeti”ndə sonuncu dəfə xəbərdarlıq edilsin. Beləliklə, fevralın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyinin sıralarından xaric ediləcəklər.

Tarix: 8 Yanvar 2026, 12:49   
Seçilən
61
14
pravda.az

10Mənbələr