AZ

Üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric ediləcək

Reyting.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Yanvarın 6-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) Katibliyinin növbəti iclası keçirilib.

Bu barədə AYB-nin Mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.

O bildirib ki, gündəlikdəki bir neçə məsələ ilə yanaşı, Birliyin üzvləri arasında illik üzvlük haqqını ödəməyənlərin siyahısı müzakirə olunub: "Qaydalara əsasən, bir neçə il üzvlük haqqını ödəməyən şəxslər xəbərdarlıq edilmədən Birlikdən xaric edilməlidirlər. Lakin buna baxmayaraq, onlara dəfələrlə xəbərdarlıq edilib".

Xəyal Rzanın sözlərinə görə, qərara alınıb ki, “Ədəbiyyat qəzeti”ndə sonuncu dəfə xəbərdarlıq edilsin: "Beləliklə, fevralın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyinin sıralarından xaric ediləcəklər"/APA.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
10
reyting.az

10Mənbələr