Ermənistan hökuməti 2026-cı il üçün hərbi təlim planını təsdiqləyib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, təlim il ərzində yeddi dəfə - fevral, mart, aprel, iyun, avqust, sentyabr və dekabr aylarında elan ediləcək. Əvvəlki kimi, hər bir ehtiyatda olan zabit 25 təqvim günündən çox olmayan müddətə təlimə çağırılacaq.
Bundan əlavə, tibb xidmət zabiti rütbəsinə malik 35 yaşdan kiçik kişi hərbi həkimlər üçün iki illik çağırış nəzərdə tutulur.