Ermənistan hökuməti 2026-cı ildə hərbi təlim toplanışı planını təsdiqləyib.
Moderator.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, çağırışlar il ərzində yeddi dəfə elan ediləcək: fevral, mart, aprel, iyun, avqust, sentyabr və dekabr aylarında. Əvvəlki kimi, hər bir ehtiyatda olan hərbçi 25 təqvim günündən çox olmayan müddətə çağırılacaq.
Bundan başqa, tibb xidmət zabiti rütbəsi daşıyan 35 yaşınadək bəzi kişi hərbi həkimlər üçün iki illik məcburi hərbi xidmətə çağırış da nəzərdə tutulur.