Bakı. Trend:
İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi iləkirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sülh prospektindəyerləşən yaşayış kompleksində 222 yeni, tam təmirli mənzillərivətəndaşlara təqdim edir. Yaşayış sahəsi 1, 2 və 3 otaqlı olmaqla,aylıq ödənişləri 347 manatdan başlayır.
Yeni mənzillər seçim üçün 15.01.2026-cı il tarixində saat15:00-dan etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayışsahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumətİnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş Elektronİpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir.
Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsiqaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi vərəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsi(www.mcgf.gov.az) və rəsmi Youtube kanalından(https://www.youtube.com/@ipotekavekreditzemanetfondu),həmçinin “1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.
Qeyd edək ki, indiyə qədər satmaq öhdəliyi ilə kirayə mənzilmexanizmi çərçivəsində vətəndaşlarla 9077 kirayə müqaviləsibağlanıb.