AZ

222 mənzil sonda kirayəçiyə qalması şərtilə vətəndaşlara təqdim edilir Aylıq ödənişləri 347 manatdan başlayır

ain.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sülh prospektində yerləşən yaşayış kompleksində 222 yeni, tam təmirli mənzilləri vətəndaşlara təqdim edir. Yaşayış sahəsi 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 347 manatdan başlayır.

Marja.az xəbər verir ki, yeni mənzillər seçim üçün 15.01.2026-cı il tarixində saat 15:00-dan etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət İnformasiya Sisteminə (e-gov. az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir.

Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsi (mcgf.gov. az), həmçinin “1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.

Qeyd edək ki, indiyə qədər satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlarla 9077 kirayə müqaviləsi bağlanıb.

İş elanları AzVak.az-da

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
76
19
marja.az

10Mənbələr