AZ

Yaşar Gülər: Türkiyə hərbçilərinin Qəzzaya göndərilməsi üçün hazırlıqlara başlanılıb

BAKI, 8 yanvar. TELEQRAF

Türkiyə milli müdafiə naziri Yaşar Gülər Qəzzada təhlükəsizliyin təmin olunması üçün yaradılması planlaşdırılan beynəlxalq sabitləşdirmə qüvvəsi ilə bağlı açıqlama verib.

Teleqraf xəbər verir ki, bu barədə nazir "Kyodo News"a müsahibəsində bildirib.

O deyib ki, hərbi qüvvə özünü təmin edə biləcək formada formalaşdırılıb və hazırlıq, eləcə də təlim prosesinə artıq başlanılıb.

Y.Gülər Türkiyə Silahlı Qüvvələrinin Qəzzaya göndərilməsinə müsbət yanaşdıqlarını bildirib:

"Türkiyənin mümkün sülhməramlı missiyada iştirakının yeganə məqsədi humanitar yardımlara dəstək vermək və qarşıdurmanı dayandırmaqdır. Bu addım İsrail üçün heç bir təhlükə yaratmır".

Yaşar Gülər, eyni zamanda, PKK terror təşkilatının hələ də Suriya, İraq və İranda fəaliyyət göstərdiyini qeyd edərək, bütün silahlar təhvil verilməyənədək təhlükənin davam edəcəyini vurğulayıb.

Seçilən
30
2
teleqraf.com

3Mənbələr