AZ

Türkiyə Qəzzaya əsgər göndərəcək - Nazirdən AÇIQLAMA

Türkiyə milli müdafiə naziri Yaşar Gülər Qəzzada təhlükəsizliyin təmin edilməsi məqsədilə yaradılması planlaşdırılan beynəlxalq sabitləşdirmə qüvvələri ilə bağlı açıqlama verib.

Olaylar.az xəbər verir ki, bu barədə nazir "Kyodo News"a müsahibəsində bildirib.

O deyib ki, hərbi qüvvələr özünü təmin edə biləcək formada formalaşdırılıb və hazırlıq, eləcə də təlim prosesinə artıq başlanılıb.

Y.Gülər Türkiyə Silahlı Qüvvələrinin Qəzzaya göndərilməsinə müsbət yanaşdıqlarını bildirib:

"Türkiyənin mümkün sülhməramlı missiyada iştirakının yeganə məqsədi humanitar yardımlara dəstək vermək və qarşıdurmanı dayandırmaqdır. Bu addım İsrail üçün heç bir təhlükə yaratmır".

Yaşar Gülər, eyni zamanda, PKK terror təşkilatının hələ də Suriya, İraq və İranda fəaliyyət göstərdiyini qeyd edərək, bütün silahlar təhvil verilməyənədək təhlükənin davam edəcəyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
25
2
olaylar.az

3Mənbələr