ABŞ 2025-ci ildə rekord sayda F-35 qırıcı təyyarəsi istehsal edib.
Publika.az xəbər veror ki, 2025-ci ildə Amerika müdafiə sənayesi şirkəti "Lockheed Martin" rekord sayda (191 ədəd) F-35 Lightning II qırıcı təyyarəsi tədarük edərək rekord qırıb.
Bu da əvvəlki 142 təyyarə rekordunu xeyli üstələyib.
"Lockheed Martin" açıqlayıb ki, illik F-35 istehsalı hazırda ABŞ inventarındakı digər qırıcı təyyarələrdən beş dəfə çoxdur.