
Amerikanın “Lockheed Martin” müdafiə sənayesi şirkəti 2025-ci ildə rekord sayda “F-35 Lightning II” qırıcı təyyarəsi istehsal edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi saytında öz əksini tapıb.
Məlumata görə, keçən il cəmi 191 “F-35” qırıcı təyyarəsi tədarük edilib ki, bu da əvvəlki 142 qırıcı təyyarə rekordunu xeyli geridə qoyub.
“Lockheed Martin” şirkəti həmçinin, qeyd edib ki, “F-35”in illik istehsalı hazırda ABŞ-nin inventarındakı digər qırıcı təyyarələrin istehsal həcmindən beş dəfə çoxdur.