AZ

“Fənərbaxça”nın istədiyi Levandovski qərarını verdi

“Barselona”nın futbolçusu Robert Levandovski karyerası ilə bağlı qərar verib. Metbuat.az xəbər verir ki, futbolçu mövsümün sonuna qədər “Barselona”da qalmaq istəyir. “Sky”nın məlumatına görə, polşalı hücumçu çoxsaylı təkliflər almasına baxmayaraq, mövsümün fasiləsinə klubdan ayrılmağı düşünmür.

Qeyd edək ki, Robert Levandovskinin “Barselona” ilə müqaviləsi mövsümün sonunda yekunlaşır. Onun adı “Fənərbaxça” ilə də hallanmışdı. Bu mövsüm "Barselona"da 19 matçda oynayan Levandovski 9 dəfə fərqlənib və 2 məhsuldar ötürmə edib.

Seçilən
7
8
metbuat.az

9Mənbələr