AZ

Levandovski MLS yolunda

Levandovski yeni klubu ilə razılığa gəlməyə yaxındır

“Barselona”nın hücumçusu Robert Levandovski 2026-cı ildə yeni klubuna keçə bilər.

Msport.az xəbər verir ki, “Çikaqo Fayr” 37 yaşlı futbolçunu öz sıralarına cəlb etməyə çalışır.

MLS klubu polşalı ilə apardığı danışıqlar müsbət yöndədir. Veteran ulduz transferə isti yanaşər. Bildirilib ki, “Çikaqo Fayr” Levandovskinin maaş tələblərini asanlıqla qarşılayacaq.

Robert Levandovski bu mövsüm “Barselona”nın heyətində 17 oyunda 8 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun Kataloniya nəhəngi ilə müqaviləsinin müddəti mövsümün sonunda başa çatır.

Seçilən
42
1
msport.az

5Mənbələr