AZ

Astarada "Niva" ilə mopedin toqquşması nəticəsində ər-arvad xəsarət aldı

Astarada “Niva” markalı avtomobillə mopedin toqquşması nəticəsində ər-arvad xəsarət alıb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə rayonun Ərçivan qəsəbəsi ərazisində qeydə alınıb.

Astara rayonunun Hamuşam kənd sakini Eldar Şabanovun idarə etdiyi “Niva” markalı nəqliyyat vasitəsi Astara rayonunun Şüvi kənd sakini, 1980-ci il təvəllüdlü Muxtar Manaf oğlu Rəhimovun idarə etdiyi mopedlə toqquşub.

Qəza nəticəsində mopedin sürücüsü və mopeddə olan həyat yoldaşı, Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Lalə Xanlar qızı Aslanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

L.Aslanovanın vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
110
6
teleqraf.com

10Mənbələr