AZ

Astarada "Niva" ilə moped toqquşdu - Ər-arvad xəsarət aldı

Astarada “Niva” markalı avtomobillə mopedin toqquşması nəticəsində ər-arvad xəsarət alıb.

Avtosfer.az xəbər verir ki, hadisə rayonun Ərçivan qəsəbəsi ərazisində qeydə alınıb.

Astara rayonunun Hamuşam kənd sakini Eldar Şabanovun idarə etdiyi “Niva” markalı nəqliyyat vasitəsi 1980-ci il təvəllüdlü Şüvi kənd sakini Muxtar Manaf oğlu Rəhimovun idarə etdiyi mopedlə toqquşub.

Qəza nəticəsində mopedin sürücüsü və mopeddə olan həyat yoldaşı, Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Lalə Xanlar qızı Aslanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasınaın təcili yardım şöbəsinə hospitalizasiya olunublar. L.Aslanovanın vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
95
6
avtosfer.az

10Mənbələr