Bakı, 7 yanvar, AZƏRTAC
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) iki idmançının yarışlarda iştirakına qadağa qoyub.
AZƏRTAC xəbər verir ki, atıcı Rəna Ələsgərova və qol güləşi üzrə idmançı Timoti Lyuis antidopinq qaydalarını pozduqlarına görə 3 il müddətinə diskvalifikasiya olunublar.
Hər iki idmançının təqdim etdiyi nümunələrdə qadağan edilmiş maddənin mövcudluğu və istifadəsi aşkarlanıb.