Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) iki idmançının yarışlarda iştirakına qadağa qoyub.
90deqiqe.Az xəbər verir ki, atıcı Rəna Ələsgərova və qol güləşi üzrə idmançı Timoti Lyuis (ABŞ) antidopinq qaydalarını pozduqlarına görə 3 il müddətinə diskvalifikasiya olunublar.
Hər iki idmançının təqdim etdiyi nümunələrdə qadağan edilmiş maddənin mövcudluğu və istifadəsi aşkarlanıb.
Qeyd edək ki, Timoti Lyuis 2025-ci ilin oktyabrında Bakıda keçirilən dünya çempionatında iştirak edib. Həmin vaxt ondan götürülən dopinq analizi müsbət çıxıb.