AZ

Fransa millisinin sabiq üzvü Mərakeş klubunda

style='margin-bottom:10px;'>

Fransa millisinin və “Monako”nun sabiq hücumçusu Vissam Ben-Yedder Mərakeşin “Vidad” klubuna transfer olunub.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı futbolçu ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb. Razılaşmada sözləşmənin daha bir mövsüm uzadılması bəndi də yer alıb. 

Təcrübəli hücumçunun son klubu Türkiyənin 1-ci liqa təmsilçisi “Sakaryaspor” olmuşdu. O, bu komandada 14 oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə edib. 

Qeyd edək ki, sabiq “Çelsi” futbolçusu Hakim Ziyeş də “Vidad”ın formasını geyinir. Hazırda “Vidad” Mərakeş çempionatının turnir cədvəlində 8 oyundan 20 xalla liderdir.

Seçilən
74
2
teleqraf.com

3Mənbələr