Fransa millisinin və “Monako”nun sabiq hücumçusu Vissam Ben-Yedder “Vidad”a transfer olunub.
Msport.az xəbər verir ki, bu barədə Mərakeş təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
35 yaşlı futbolçu ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb. Razılaşmada sözləşmənin daha bir mövsüm uzadılması bəndi də yer alıb. Təcrübəli hücumçunun son klubu Türkiyənin 1-ci liqa təmsilçisi “Sakaryaspor” olmuşdu. O, bu komandada 14 oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
Qeyd edək ki, sabiq “Çelsi” futbolçusu Hakim Ziyeş də “Vidad”ın formasını geyinir. Hazırda “Vidad” Mərakeş çempionatının turnir cədvəlində 8 oyundan 20 xalla liderdir.