AZ

Paytaxtda svetoforlara 115 ədəd velosiped bölməsi quraşdırılıb

Bakı.Trend:

Bakıda velosiped və kiçik elektrik nəqliyyat vasitələrini idarəedənlərin təhlükəsizliyini artırmaq məqsədilə 47 yolayrıcındamövcud olan svetoforlara 115 ədəd velosiped bölməsi quraşdırılaraqistifadəyə verilib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektualİdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzitərəfindən görülən işlər çərçivəsində svetoforlara velosipedbölmələrinin quraşdırıldığı yeni kəsişmələr bunlardır:

1. Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Əbdürrəhim bəyHaqverdiyev küçəsinin kəsişməsi;
2. Səbail rayonu, Neftçilər prospekti ilə Bülbül prospektininkəsişməsi;
3. Səbail rayonu, Xaqani küçəsi ilə Azadlıq prospektininkəsişməsi;
4. Xətai rayonu, İzzət Orucov küçəsi ilə Sabit Orucov küçəsininkəsişməsi.

Yeni nəsil LED işıqlandırma ilə təchiz olunan velosipedbölmələrinin quraşdırılması mikromobilliyin inkişafı məqsədiləhəyata keçirilir.

Məqalədə:
Seçilən
85
16
az.trend.az

10Mənbələr